“Bitcoin”in qiyməti yenidən 81 min dollara yaxınlaşıb

Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyətində bahalaşma qeydə alınıb. “Bitcoin” yenidən 81 min dollar həddinə yaxınlaşıb.

“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin” son sutkada 1,67% bahalaşaraq 80 990,42 ABŞ dollarına yüksəlib. Bununla belə, kriptovalyutanın qiyməti son 7 gündə 1,99%, son 30 gündə isə 2,80% azalıb.

“Ethereum” 2,10% bahalaşaraq 2 358,32 dollara, BNB 1,14% artaraq 746,30 dollara çatıb. “Zcash”da daha yüksək artım qeydə alınıb. Bu kriptovalyuta son 24 saatda 8,25% bahalaşaraq 1 321,46 dollara yüksəlib.

“Bitcoin Cash” 5,87% artaraq 297,49 dollara, “Bittensor” 3,89% bahalaşaraq 258,03 dollara, “Solana” isə 1,89% yüksələrək 101,88 dollara çatıb.

Bununla yanaşı, bəzi kriptovalyutalarda ucuzlaşma müşahidə olunub. “Monero” 0,27% azalaraq 600,78 dollara, “Quant” isə 1,66% geriləyərək 198,29 dollara enib.

Qızıl əsaslı kriptovalyutalar da bahalaşıb. “PAX Gold” (PAXG) 0,59% artaraq 4 043,99 dollara, “Tether Gold” (XAUT) isə 0,60% yüksələrək 4 034,67 dollara çatıb.

“CoinMarketCap 20” indeksi son 24 saatda 1,75% artaraq 164,45 bənd təşkil edib.

Analitiklər bildirirlər ki, kriptovalyuta bazarında müşahidə olunan yüksəliş əvvəlki günlərdəki ucuzlaşmadan sonra alış fəallığının artması və investorların aşağı qiymətlərdən yararlanmağa çalışması ilə əlaqəli ola bilər. Bununla belə, əsas kriptovalyutaların həftəlik və aylıq göstəricilərinin mənfi qalması bazarda bərpanın hələ tam möhkəmlənmədiyini göstərir.