Trampdan müharibə mesajı

"ABŞ-ın İranla münaqişəsi tezliklə başa çatacaq".

Bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.

Trampın iddiasına görə, qarşıdurma onun istədiyi istənilən anda başa çatacaq. Bununla yanaşı, o, ABŞ-ın münaqişədə qələbə qazanacağına əmin olduğunu bildirib.

“Məndən kimsə İranla müharibənin nə vaxt başa çatacağını soruşdu və mən belə cavab verdim: “Nə vaxt istəsəm, onda”. Bu, çox tez baş verəcək. Lakin biz müharibəni lazımi qaydada başa çatdırmalıyıq”, — deyə Ağ Ev rəhbəri bildirib və İranın “heç vaxt nüvə silahına malik olmamalı” olduğunu vurğulayıb.

Tramp ABŞ-la müharibənin başlanmasına görə məsuliyyəti İranın üzərinə qoyub. Onun sözlərinə görə, Tehran “nüvə raketi yaratmağa iki həftəlik məsafədə idi” və buna görə də Vaşinqtonun başqa seçimi yox idi.