Bakı, 27 oktyabr, AZƏRTAC Bakı Prosesi çərçivəsində beynəlxalq və regional dialoq platformaları arasında əməkdaşlığın gücləndirilməsi, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı, eləcə də birgə təşəbbüslərin həyata keçirilməsi imkanları müzakirə olunub.AZƏRTAC xəbər verir ki, panelin moderatoru Mədəniyyət Nazirliyinin Beynəlxalq təşkilatlarla iş sektorunun müdiri Araz Bağırlı bu formatın Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən ilk təşəbbüs olduğunu bildirib. Qeyd edib ki, “Beynəlxalq dialoq və sülh platformaları arasında əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunan təşəbbüsün əsas məqsədi dünyanın müxtəlif regionlarını və fəaliyyət sahələrini təmsil edən dialoq platformalarını bir araya gətirmək, parçalanmış dünyada körpülərin qurulmasına onların birgə töhfəsini artırmaq üçün praktiki imkanları araşdırmaqdır.Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında vurğulayıb ki, Bakı Prosesi qlobal mədəniyyətlərarası dialoq platforması kimi müxtəlif ölkələrin və beynəlxalq təşkilatların səylərinin əlaqələndirilməsinə imkan yaradır. Nazir müavini qeyd edib ki, bu təşəbbüs regional və milli səviyyədə fəaliyyət göstərən bütün mümkün mədəniyyətlərarası dialoq platformaları ilə əməkdaşlığın qurulmasını zəruri edir.O, belə görüşün gələcəkdə davamlı əməkdaşlıq platformasının formalaşması və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından tarixi əhəmiyyət daşıdığına inamını ifadə edib.Mədəniyyətlərarası səriştələr üzrə ekspert Darla K.Deardorff qeyd edib ki, müxtəlif təşkilatların ayrı-ayrılıqda həyata keçirdikləri fəaliyyətlərin əlaqələndirilməsi onların ümumi təsirini artıra bilər. Bu baxımdan beynəlxalq əməkdaşlığın gücləndirilməsi və müxtəlif maraqlı tərəflər arasında ortaq fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.Görüşün əsas məqsədi müxtəlif regionları və fəaliyyət sahələrini təmsil edən dialoq platformalarını bir araya gətirmək, onların qlobal miqyasda sülhün təşviqinə və cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə birgə töhfəsini artırmaqdır.Tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların, akademik dairələrin, dini və mədəniyyət institutlarının nümayəndələri iştirak ediblər. Görüş zamanı iştirakçılar beynəlxalq və regional dialoq platformalarının təcrübə mübadiləsi aparması, mövcud təşəbbüslərin əlaqələndirilməsi və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.Müzakirələrdə əsas diqqət dialoq platformalarının qarşılaşdığı ümumi çağırışlara birgə cavab verilməsi, əməkdaşlıq mexanizmlərinin genişləndirilməsi, uğurlu təcrübələrin paylaşılması və yerli səviyyədə həyata keçirilən təşəbbüslərin beynəlxalq miqyasda daha geniş tanıdılması məsələlərinə yönəlib.İştirakçılar mədəniyyətlərarası səriştələrin inkişafı, sülh quruculuğu, münaqişədən sonrakı cəmiyyətlərdə etimadın bərpası, gender məsələləri, iqlim dəyişikliyi və texnologiyaların, o cümlədən süni intellektin yaratdığı çağırışlar kontekstində dialoqun roluna da toxunublar. Bildirilib ki, mədəniyyət və incəsənət sosial inteqrasiyanın gücləndirilməsi, həssas qrupların imkanlarının genişləndirilməsi, travmaların aradan qaldırılması və yaradıcı sənayelərin inkişafı üçün mühüm vasitələrdir. Mədəniyyətin kommunikasiya texnologiyaları ilə əlaqələndirilməsi isə müxtəlif sosial qrupların dialoq proseslərinə cəlb edilməsinə imkan yarada bilər.Özbəkistan, Qətər, Doha, Portuqaliya, İtaliya, Cənubi Afrika Respublikası, Ruanda, Uqanda və digər ölkələri təmsil edən iştirakçılar öz təşkilatlarının fəaliyyəti, beynəlxalq tərəfdaşlıqları və dialoqun təşviqinə yönəlmiş təşəbbüsləri barədə məlumat veriblər.Görüşdə Bakı Prosesi çərçivəsində beynəlxalq və regional dialoq platformalarının müntəzəm bir araya gəlməsi, əməkdaşlığın davamlı xarakter alması və əldə olunan nəticələrin praktiki fəaliyyətə çevrilməsi ilə bağlı təkliflər də səsləndirilib. İştirakçılar birgə fəaliyyətin gücləndirilməsinin dialoq təşəbbüslərinin təsir dairəsini genişləndirə, müxtəlif regionlarda sülhün, qarşılıqlı anlaşmanın və sosial həmrəyliyin təşviqinə töhfə verə biləcəyini vurğulayıblar. Müxbir - Pərvanə Qafarova Fotoqraf - Səfiyar Məcnun
Bu gün
321 xəbər bu gün
Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində…
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının adını dəyişərək öz şərəfinə adlandırmaq niyyətində olduğunu yenidən bəyan edib. Sfera.az x əbər verir ki, Tramp bu barədə Ohayo ştatında Konqresə aralıq seçkilər ərəfəsində…
Президент США Дональд Трамп заявил, что намерен завершить войну с Ираном в кратчайшие сроки. Как передает Day.Az, об этом Трамп сказал, выступая перед сторонниками Республиканской партии в штате Огайо. "Я должен положить…
Пожар в лаборатории ядерного комплекса "Саванна-Ривер" (SRS) в американском штате Южная Каролина привёл к утечке радиации и объявлению чрезвычайной ситуации на территории объекта. Как передает Day.Az, об этом…
Вице-президент США Джей Ди Вэнс отправил письмо секретарю Высшего совета нацбезопасности Ирана Мохсену Резаи в попытке возобновить переговоры между странами. Как передает Day.Az, об этом пишет The Wall Street Journal со…
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb. Bu barədə "Yonhap" agentliyi Koreya Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb. "Birləşmiş Qərargah Rəisləri Komitəsi…
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası…
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası…
Atasını itirdikdən sonra anası ilə yaşamağa başlayan 14 yaşlı qızın anasının yenidən ailə qurmasından sonra zorakılığa məruz qaldığı iddia olunur. Bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri…
Xalq artisti Firəngiz Mütəllimova “Görüş yeri” verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib. Sənətçi ailə həyatı qura bilməməsinin səbəbindən danışıb: “Mən gənc qız idim. Ailə həyatı qura bilmədim. Niyə? Çünki elə…
Çinin BYD şirkəti “Rolls-Royce Ghost” modelinə rəqib kimi hazırladığı lüks sedanı “Yangwang Altior”un ilk görüntülərini yayımlayıb. Təxminən 300 min dollar qiymətində olan avtomobilin uzunluğu 5,5 metrdir. Modelin dünya…
Astroloqlar bu günlərin yeni imkanlar, xoş görüşlər və sevinc üçün səbəblər gətirəcəyi bürc əlamətlərini müəyyən ediblər. Bu, özünüzə inanmaq, istəklərinizi anlamaq və məqsədlərinizə daha cəsarətlə doğru irəliləmək üçün…
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, "20…
ABŞ prezidentinin həyat yoldaşı Melaniya Tramp Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun…
Oktyabrın 29-da 225 nömrəli tam orta məktəbdə şagirdin ölümü ilə bağlı çəkiliş aparan "Real TV"nin əməkdaşları hücuma məruz qalıblar.
Azərbaycan Mərkəzi Bankı istehlak kreditinin verilməsi və borclanma şərtlərinə dair tələbləri yeniləyib. Yeni qərara əsasən, istehlak kreditləri üzrə zamin duran şəxsin borcunun onun gəlirinə nisbəti 70%-dən çox ola…
Hadisə
Oktyabrın 29-da təmir işləri ilə əlaqədar Bakının Yasamal və Xətai rayonlarının, eləcə də Abşeron rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq
ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının öz şərəfinə adlandırılmasını təklif edib
ABŞ-ın müdafiə naziri Pit Heqset Birləşmiş Qərargah Rəisləri Komitəsinin strateji planlaşdırma idarəsinin rəisi, general-leytenant Brett Silviyanı vəzifəsindən azad edib
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İgid döyüşçülərimiz 44 gün dayanmadan irəlilədilər…
Турция готовится в ближайшие дни выдвинуть генерального секретаря ОБСЕ, бывшего министра иностранных дел Феридуна Синирлиоглу кандидатом на пост Генерального секретаря ООН. Как передает Day.Az со ссылкой на Türkiye…
"С каждым днем бакинский режим все больше уничтожает армянское культурное наследие н̶а̶г̶о̶р̶н̶о̶г̶о̶ Карабаха". "Доказательства налицо". "Как долго еще международное сообщество будет закрывать на это глаза?" Подпись…
Aparıcı Vüsalə Əlizadə bəzi həmkarlarını tənqid edib.
Arıqlamaq üçün mütləq idman zalına getmək və bahalı məşq proqramlarına qoşulmaq lazım deyil. Bəzən gündəlik vərdişlərdə edilən kiçik dəyişikliklər də çəkinin idarə olunmasına və maddələr mübadiləsinin yaxşılaşmasına…
Ankara sammiti: Türk dünyası “Türk əsri: dildə, fikirdə və işdə birlik” hədəflərini müzakirə edir... Bu gün- Türkiyə Cümhuriyyətinin yaranmasının 103-cü ildönümünün qeyd olunduğu 29 oktyabr tarixində Ankara Türk…
Bakı, 29 oktyabr, AZƏRTAC ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının adını dəyişərək “Tramp boğazı” adlandırmaq niyyətində olduğunu bir daha bəyan edib.AZƏRTAC xəbər verir ki, o, ABŞ Konqresinə aralıq seçkiləri…
Kəlbəcərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
ABŞ-nin Cənubi Karolina ştatında yerləşən nüvə kompleksində yanğın baş verib. Hadisə zamanı radioaktiv maddələrin ətraf mühitə sızması qeydə alınıb. Təhlükəsizlik tədbirləri çərçivəsində kompleksə giriş məhdudlaşdırılıb…
Azərbaycan Kubokunun 2026/2027 mövsümünün II təsnifat mərhələsində 29 oktyabr saat 14:00-da iki qarşılaşma keçiriləcək və mərhələyə yekun vurulacaq.
Sergey Leşşenko
Son illərdə sağlam qidalanmanın məşhur məhsullarından birinə çevrilən çia toxumu lif, zülal, omeqa-3 yağ turşuları, kalsium, maqnezium və digər faydalı qida maddələri ilə zəngindir. Bu səbəbdən onu salatlara, yoqurta…
Türkiyənin şərqindəki Ərzurum vilayətində minik avtomobilinin aşması nəticəsində iki nəfər ölüb, iki nəfər xəsarət alıb. "TRT Haber"ə istinadən, idarəetmədən çıxan avtomobil aşaraq bir neçə dəfə yuvarlanıb. Nəticədə bir…
ABŞ-də məlumat sızmalarının dərc edilməsi üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatı ABŞ-nin Daxili Təhlükəsizlik Departamentinin 41 mindən çox əməkdaşına aid məlumatları internetdə…
Oktyabrın 29-da 225 nömrəli tam orta məktəbdə şagirdin ölümü ilə bağlı çəkiliş aparan "Real TV"nin əməkdaşları hücuma məruz qalıblar. Telekanalın müxbiri Nigar Namiqin sözlərinə görə, jurnalistlərə hücum edən şəxsləri…
ABŞ-nin Nyu-York şəhərində “Sotheby’s” hərrac evində nadir nanotiранnус skeleti 47,3 milyon dollara alıcı tapıb. “Codi” ləqəbi verilən eksponatın ilkin olaraq 6-9 milyon dollar arasında qiymətə satılacağı gözlənilirdi…
С 08:00 29 октября движение автомобилей полностью ограничат на центральной дороге поселка Умид Гарадагского района Баку, а также в районе пересечения улиц Кероглу Рагимова и Тебриз. Со ссылкой на Государственное…
“Bavariya”nın baş məşqçisi Vensan Kompaniyanın səhhətindəki problemin səbəbi müəyyənləşməyib. Bizim.Media xəbər verir ki, “Sport.de” nəşrinin məlumatına görə, 49 yaşlı mütəxəssis oktyabrın 23-də klubun bazasında məşq…