KİV: Pentaqon rəhbəri baş hərbi planlaşdırıcını vəzifəsindən azad edib

ABŞ-ın müdafiə naziri Pit Heqset Birləşmiş Qərargah Rəisləri Komitəsinin strateji planlaşdırma idarəsinin rəisi, general-leytenant Brett Silviyanı vəzifəsindən azad edib.

Bu barədə “The Atlantic” jurnalı mənbələrinə istinadən məlumat yayıb.

Jurnalın yazdığına görə, qərar Pentaqonun İrana qarşı hərbi əməliyyatların mümkün bərpasına hazırlaşdığı bir vaxtda verilib.

Məsələ ilə bağlı heç bir rəsmi məlumat verilməyib.