Şimali Koreyanın ballistik raket buraxdığı ehtimal edilir.
Bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, Şimali Koreya tərəfindən buraxıldığı ehtimal edilən raket artıq dənizə düşüb.
Raketin uçuş məsafəsi, düşdüyü ərazi və digər texniki göstəriciləri barədə hələlik əlavə məlumat verilməyib.