Bakı, 27 oktyabr, AZƏRTAC Oktyabrın 27-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının nümayəndələrinin hazırlıq iclası keçirilib.Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Baş Prokurorluğunun ev sahibliyi etdiyi tədbir İƏT-ə üzv dövlətlər arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübə mübadiləsinin genişləndirilməsi və hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.Habelə sözügedən tədbir oktyabrın 28-də Bakı şəhərində keçiriləcək İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşünə hazırlıq məqsədi daşıyır.“Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayan iclasda Qətər Dövlətinin nümayəndəsi, əvvəlki hazırlıq görüşünə sədrlik etmiş tərəfin təmsilçisi, Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Məmmədov və İƏT-in Baş katibinin müavini çıxış ediblər.İƏT-ə üzv dövlətlər tərəfindən Katibliyə təqdim edilmiş layihə və bəyanatların hazırlıq iclasında müzakirə olunaraq razılaşdırılması və qəbul edilmək üçün üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşünə təqdim edilməsi ilə əlaqədar olaraq, Qətərin nümayəndəsi tərəfindən Azərbaycanın Baş prokurorunun müavini Heydər Məmmədova hazırlıq iclasına sədrlik etməsinin rəmzi ifadəsi təqdim edilib.Heydər Məmmədov çıxışında korrupsiyaya qarşı mübarizənin hüququn aliliyinin təmin edilməsi, dövlət idarəçiliyində şəffaflığın artırılması və ictimai etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən institusional islahatların, müasir idarəetmə prinsiplərinin tətbiqinin və korrupsiyaya qarşı mübarizə mexanizmlərinin təkmilləşdirilməsinin ardıcıl dövlət siyasətinin mühüm istiqamətlərindən olduğunu bildirib.Baş prokurorun müavini, həmçinin bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin, qabaqcıl təcrübənin öyrənilməsinin və hüquq-mühafizə orqanları arasında əlaqələndirilmiş fəaliyyətin gücləndirilməsinin vacibliyini qeyd edib. O, Azərbaycanın İƏT ilə əlaqələrinin inkişafına və təşkilat çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb. İƏT-in Baş katibinin müavini isə çıxışında üzv dövlətlər arasında həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinin, korrupsiyaya qarşı mübarizədə ortaq yanaşmaların təşviqinin və müvafiq qurumlar arasında institusional əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb. O, beynəlxalq təcrübə mübadiləsinin, qabaqcıl metodların tətbiqinin və dövlətlər arasında əlaqələndirilmiş fəaliyyətin genişləndirilməsinin bu sahədə səmərəli nəticələrin əldə olunmasına xidmət etdiyini qeyd edib.İclasda müxtəlif üzv dövlətlərin nümayəndələri mövzu ilə bağlı çıxış edərək, ölkələrinin təcrübəsini, mövcud yanaşmaları və gələcək əməkdaşlığın inkişafına dair təkliflərini bölüşüblər.Belə ki, Səudiyyə Ərəbistanı, Mərakeş, Qətər, Qırğız Respublikası, Liviya, Livan, Sudan, İordaniya və digər iştirakçı dövlətlərin nümayəndə heyətləri sessiyanın yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini bildirib, həmçinin Nazirlər Görüşündə qəbul edilməsi nəzərdə tutulan qətnamə layihələri üzərində aparılan işləri yüksək qiymətləndirərək, bu istiqamətdə əməkdaşlığa sadiqliklərini ifadə ediblər.Bundan başqa, tədbir zamanı iştirakçılar arasında aparılan geniş fikir mübadiləsi və müzakirələr korrupsiyanın ölçülməsi metodologiyalarının təkmilləşdirilməsi, bu sahədə vahid yanaşmaların təşviqi, milli təcrübələrin qarşılıqlı öyrənilməsi və beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsi baxımından əhəmiyyət kəsb edib.Aparılmış konstruktiv müzakirələr nəticəsində iştirakçı dövlətlər qətnamə layihələri ilə bağlı bir sıra məsələlər üzrə konsensusa nail olunub.
Bu gün
3698 xəbər bu gün
Fransanın “Air France” aviaşirkəti Yaxın Şərqdə davam edən münaqişə fonunda Ər-Riyada və geriyə uçuşların dayandırılması müddətini dekabrın 12-dək uzadıb.Bu barədə şirkətin məlumatında bildirilib. “Təhlükəsizlik…
Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbdə zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb. Bu barədə TƏBİB-dən məlumat verilib. *** Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsindəki məktəbdə baş…
Azərbaycan Mərkəzi Bankı bank sektorunun kartlara gündə beş mədaxil əməliyyatı, aylıq 20 min manat dövriyyə və bir məhsul üzrə bir kart limitinin tətbiqi ilə bağlı yanaşmasını dəstəkləyir. Bunu Mərkəzi Bankın İdarə…
Кристин Лагард досрочно покинет пост главы Европейского центрального банка 7 февраля 2027 года. «Я только что проинформировала своих коллег о том, что 7 февраля 2027...
Докеры в 22 странах в пятницу объявят забастовку в знак протеста против войны и использования портов для экспорта оружия, сообщает Reuters. По данным агентства, акция...
Известный деятель культуры Франции и Азербайджана, заслуженная артистка, всемирно известная пианистка Адиля Алиева награждена дипломом и платиновой медалью Академического общества искусств, науки и литературы Франции…
20:30 В средней общеобразовательной школе № 2, расположенной в поселке Джейранбатан Абшеронского района, выявлено несколько случаев заражения учащихся ротавирусной инфекцией. Как передает Day.Az, об этом сообщили АПА в…
Türkiyənin Nevşehir vilayətinin Göreme qəsəbəsində "pəri bacası" adlanan qaya formasiyasının çökməsi nəticəsində ölənlərin sayı 3-ə, yaralananların sayı isə 5-ə çatıb. "TRT Haber"in məlumatına görə, hadisə Kapadokyada…
Sumqayıtın Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəbdə səhhətində problem yaranan şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb. Hadisə ilə bağlı ilkin ehtimal edilən qida zəhərlənməsi faktı isə təsdiqini…
İspaniya nəhəngi “Atletiko Madrid” “Qalatasaray”ın ulduz hücumçusu Viktor Osimeni transfer etmək istəyir. Baş məşqçi Dieqo Simeonenin nigeriyalı futbolçunu komandasında görmək istədiyi iddia olunur. Xarici mediaya…
Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. Bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova “Növbəti dörddəbir əsrdə Qadınlar, Sülh…
Mingəçevirdə evdə meyit tapılıb. News24.az-ın xəbərinə görə, hadisə Şəfəq küçəsində baş verib. Şəhər sakini, 49 yaşlı Ramiz Vyaçeslav oğlu Mustafayevin meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq…
Bakının Sabunçu rayonunda körpənin yıxılaraq ölməsi ilə bağlı daha bir təfərrüat məlumat olub. Xəzər TV-yə istinadən, uşağın anası Ayşən İsmayılova övladının dayənin nəzarətsizliyi səbəbindən bir neçə dəfə yıxıldığını…
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta ümumtəhsil məktəbinin bir neçə şagirdinin rotavirusa yoluxduğu məlum olub. APA-ya istinadla, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən…
Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak edə bilməyəcək…
Şuraya istinadən, belə hadisələr təbii olaraq ictimaiyyətin diqqət mərkəzində olur, baş verənlərin səbəbləri, məsuliyyət məsələləri və gələcəkdə oxşar halların qarşısının alınması ilə bağlı suallar yaradır. Bu baxımdan…
Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. Bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar, Sülh və…
Fransanın "Air France" aviaşirkəti Yaxın Şərqdə davam edən münaqişə fonunda Ər-Riyada (Səudiyyə Ərəbistanı) öz reyslərinin dayandırılması qərarını dekabrın 12-dək uzadıb. Bu barədə şirkətin məlumatında bildirilib…
Azərbaycan millisi FIFA U-15 dünya çempionatı və festivalının C Divizionunda Vyetnam yığmasına məğlub olub. "Report" un məlumatına görə, Famil Xəlilovun baş məşqçi olduğu kollektiv rəqibinə 2:4 hesabı ilə uduzub…
"Real Madrid"in futbolçusu Arda Güler son həftələrdə meydanda daha çox vaxt keçirməyə başlayıb. Baş məşqçi Jose Mourinyo artıq Arda Güleri erkən əvəzləmək vərdişindən əl çəkib. İspaniyanın “Marca” nəşri yazıb ki, Arda…
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşdə ərazi məsələləri də daxil olmaqla, ən mürəkkəbmövzuları müzakirə etməyə hazırdır. Bu barədə Ukraynanın xarici...
Azərbaycanda 5 dövlət şirkəti ləğv olunduğunu elan edib. Ölkə.az-ın əldə etdiyi xəbərə görə, bunlar “Tikinti Sənaye Müəssisələri Kombinatı”, “İstehsalat Texnoloji Komplektləşdirmə Dövlət Müəssisəsi”, “Əlvanmetal…
Azərbaycanda müəllim vəfat edib.
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta ümumtəhsil məktəbində bir neçə şagirdin rotavirusa yoluxduğu məlum olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq Tibbi Ərazi...
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasının professoru Adilə Abbasova vəfat edib.Bu barədə Oxu24.com-a universitetdən məlumat verilib. Qeyd edək ki, Adilə Abbasova 3…
Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbdə zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb. MÖVZU İLƏ BAĞLI: Ceyranbatan məktəbində qida zəhərlənməsi təsdiqlənmədi - RƏSMİ. Bu barədə…
Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele…
Türk Dövlətləri Sivilizasiyası Parkının açılış mərasimi olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onu müşayiət edən nümayəndə heyəti Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşü çərçivəsində Türk Dövlətləri…
Bu gün Siyəzəndə yeniyetmənin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Saat 14 radələrində 2009-cu il təvəllüdlü Oqtay Elməddin oğlu Kərimovun idarə etdiyi motosiklet yaşayış evinə çırpılıb. Qəza…
İran HDQ
''Real'' və Fransa yığmasının üzvü Eduardo Kamavinqanın ''instaqram''da son paylaşımı diqqət çəkib. Ünlü fransalı futbolçu 15 milyona yaxın təqibçisi olan səhifəsində eyni anda bir neçə şəkil paylaşıb. Onların arasında…
“Jurnalistin peşə etikası ilə bağlı narazılıq varsa, bu, zorakılıqla deyil, hüquqi və peşəkar müzakirə yolları ilə həll edilməlidir”. Bu sözləri Yenicag.az-a açıqlamasında sosial problemlər üzrə ekspert Firüzə Əliyeva…
Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi sürücüləri üçün dekabrın 3-də növbəti imtahan keçirəcək.
Hörmüz boğazında İranın müəyyən etdiyi marşrutla hərəkət etməyən gəmi minaya düşüb.
Mingəçevir Dövlət Universitetinin Mexanika kafedrasının dosenti Ofelya Məmmədova dünyasını dəyişib. Bu barədə universitetin məlumatında deyilib.
Əziz dostum Məhəmmədhaqqı müəllimin 70 yaşına ünvanladığım bu yazını xalqımızın mərhum şairi Məmməd Aslanın sözləri ilə başlamağım təsadüfi deyil. Məhəmmədhaqqı Ağayevlə 1993-cü ilin aprelində- mənfur erməni işğalı…
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik nümayiş etdirən, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar sərgiləyən daha bir bloger həbs edilib. "Unikal"a istinadən, Göyçay şəhər sakini, 1993-cü il…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) Türkiyədə keçirilən sammitində iştirak etməməsi Azərbaycan-Türkiyə münasibətləri ətrafında…
Azərbaycan millisi FIFA U-15 dünya çempionatı və festivalının C Divizionunda Vyetnam yığmasına məğlub olub. "Report" un məlumatına görə, Famil Xəlilovun baş məşqçi olduğu kollektiv rəqibinə 2:4 hesabı ilə uduzub…
Ему было 74 года.