“Air France” Ər-Riyada uçuşların dayandırılmasını dekabrın 12-dək uzadıb

Fransanın “Air France” aviaşirkəti Yaxın Şərqdə davam edən münaqişə fonunda Ər-Riyada və geriyə uçuşların dayandırılması müddətini dekabrın 12-dək uzadıb.Bu barədə şirkətin məlumatında bildirilib.

“Təhlükəsizlik sahəsində dəyişən vəziyyətlə əlaqədar Ər-Riyada və geriyə reyslər 2026-cı il dekabrın 12-si də daxil olmaqla dayandırılır”, – məlumatda qeyd olunub.

Bundan əlavə, Dubaya və geriyə uçuşlar noyabrın 7-dək dayandırılmış olaraq qalacaq.