Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Rusiyanın bir çox istiqamətlərdə, o cümlədən enerji sahəsində sabit və yaxşı tərəfdaşı olduğunu bildirib.
Putin bunu Moskvada keçirilən Qaz İxrac Edən Ölkələr Forumunda iştirakçıların çıxışlarını şərh edərkən deyib.
“Azərbaycan çoxsaylı istiqamətlərdə, o cümlədən enerji sahəsində bizim sabit və yaxşı tərəfdaşımızdır”, – deyə Rusiya lideri vurğulayıb.
Putin, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev ilə fəal dialoq apardığını bildirib. Onun sözlərinə görə, tərəflər enerji, xüsusilə də qaz sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edirlər.