İspaniya Kral Futbol Federasiyası (RFEF) hücumçu Xulian Alvaresi transfer etməyə cəhd göstərməsi ilə bağlı "Barselona" klubunu cərimələyib.
Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. Qərar federasiyanın apardığı araşdırmadan sonra qəbul edilib.
Xatırladaq ki, dünya çempionatı zamanı argentinalı futbolçu Xulian Alvares "Atletiko Madrid"dən ayrılmaq istədiyini bildirmişdi. Kataloniya klubu onu transfer etməyə çalışsa da, keçid baş tutmayıb. Bundan sonra Madrid təmsilçisi federasiyaya şikayət edərək "Barselona"nı etik normaları pozmaqda ittiham edib.
RFEF yarış qaydalarının 133-cü maddəsinə əsasən, "Barselona" klubunu 602 avro məbləğində cərimələyib. Həmin maddə "göstərişlərin, təlimatların, sazişlərin və ya normativ öhdəliklərin yerinə yetirilməməsi" ilə bağlı müddəaları əhatə edir.