Ərdoğan və Makron regional və beynəlxalq məsələləri müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb.

Söhbət zamanı ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə olunub.

Tərəflər BMT-nin yeni baş katibinin seçilməsi prosesini də nəzərdən keçiriblər. Ərdoğan bildirib ki, yeni baş katib BMT-ni yenidən çoxtərəfli diplomatiyanın mərkəzinə çevirməyə imkan verəcək zəruri təcrübəyə malik olmalıdır.

Bundan əlavə, Türkiyə lideri Makronu Türkiyədə keçiriləcək COP31 liderlər sammitində iştirak etməyə dəvət edib.