Bakı, 27 oktyabr, AZƏRTAC VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində AMEA-da keçirilən Akademik Forumun “Mədəniyyətlərarası anlaşma və humanitar elmlərin missiyası” mövzusunda ikinci panel iclasında Türk dünyasında modernləşmə və mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunub.AZƏRTAC xəbər verir ki, iclasda Ege Universitetinin Türk dili və ədəbiyyatı bölməsinin Türk ləhcələri və ədəbiyyatları kafedrasının müdiri dosent Yılmaz Özkaya “Türk dünyasının modernləşməsində mədəniyyətlərarası dialoq: Cədidçilik təcrübəsi (1883–1918)” mövzusunda məruzə ilə çıxış edib.Məruzədə XIX əsrin son rübündə Rusiya müsəlmanları arasında meydana gələn və qısa müddətdə Türk dünyasının böyük hissəsinə yayılan Cədidçilik hərəkatının tarixi əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, “üsuli-cədid”, yəni “yeni üsul” təhsil islahatlarından qaynaqlanan bu hərəkat zamanla məktəb islahatları çərçivəsini aşaraq mətbuat, ədəbiyyat, din və ictimai-siyasi düşüncəni əhatə edən geniş fikir hərəkatına çevrilib.Yılmaz Özkaya qeyd edib ki, müxtəlif coğrafiyalara yayılmış türk toplumları arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi Cədidçilik hərəkatının əsas istiqamətlərindən biri olub. Hərəkatın nümayəndələri cəmiyyətlərin problemlərinin həllində maarifçiliyə, təhsilə, mətbuata və ədəbi fəaliyyətə xüsusi əhəmiyyət veriblər.Məruzədə İsmayıl Qaspıralının fəaliyyəti və onun nəşr etdirdiyi “Tərcüman” qəzetinin Türk dünyasında ortaq ünsiyyət mühitinin formalaşmasına töhfəsi vurğulanıb. Qeyd olunub ki, Qaspıralının “Dildə, fikirdə, işdə birlik” düsturu müxtəlif türk toplumları arasında dil və fikir yaxınlığının yaradılmasına yönəlib. Krımdan Kazana, Qafqazdan Türküstana qədər geniş oxucu auditoriyasına xitab edən qəzet müxtəlif bölgələr arasında ortaq yazı dili və fikir mübadiləsi üçün platforma rolunu oynayıb.Dosent Yılmaz Özkaya Cədidçilik təcrübəsini mədəniyyətlərarası dialoqun üç istiqaməti üzrə nəzərdən keçirib: türk toplumları arasında dialoq, Rusiya imperiyası daxilində müxtəlif toplumlar arasında münasibətlər və sivilizasiyalararası dialoq.Məruzəçi vurğulayıb ki, türk toplumları arasında qarşılıqlı anlaşma öz-özünə formalaşan proses deyil, dil, din, ədəbiyyat, məktəb və mətbuat vasitəsilə davamlı səylər tələb edən məqsəddir. Bu baxımdan Cədidçilik hərəkatının tarixi təcrübəsi humanitar elmlərin cəmiyyətlər arasında əlaqələrin gücləndirilməsindəki rolunu göstərir.Çıxışda, həmçinin İsmayıl Qaspıralının müxtəlif xalqların öz dilini və dinini qorumaqla təhsil vasitəsilə ictimai həyata inteqrasiyasına dair yanaşmalarına toxunulub. Məruzə Cədidçilik hərəkatının Türk dünyasında modernləşmə, maarifçilik və mədəniyyətlərarası anlaşma tarixinin öyrənilməsi baxımından əhəmiyyətini önə çıxarıb. Müxbir - Tünzalə Arazlı Fotoqraf - Azər İbrahimov Videooperator - Namiq Abdullayev
Bu gün
1242 xəbər bu gün
Azərbaycan Mərkəzi Bankının (AMB) keçmiş baş direktoru Vüqar Əhmədov yeni vəzifəyə təyin olunub.
Xidmətin keyfiyyəti pozulduqda ödənişin qaytarılması mexanizmi olmalıdır. Bunu deputat Naqif Həmzəyev parlamentin bugünkü plenar iclasında “Telekommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin…
İstanbul Avropanın 28 şəhəri arasında romantik görüş keçirmək üçün ən ucuz şəhərdir. Bu barədə “Deutsche Bank Research Institute”un 2026-cı il üçün açıqladığı “Mapping the World’s Prices” hesabatında qeyd olunub…
"Sevdiğim sensin" serialında "Fərman" obrazını canlandıran türkiyəli aktyor Emrah Aytemur yol polisi tərəfindən saxlanılıb. Yoxlama zamanı aktyorun 2,69 promil spirtli içki qəbul etdiyi müəyyən edilib. Onun sürücülük…
Özəl məhkəmə ekspertləri vergiyə cəlb olunacaqlar. Bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub. Layihəyə əsasən, məhkəmə…
Bu il Azərbaycanda daşınmaz əmlak alan əcnəbilərin sayı açıqlanıb. Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, 2026-cı ilin yanvar-sentyabr…
Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışı Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu…
Bu ilin ilk doqquz ayında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 42 faiz artaraq 1 milyard ABŞ dollarına yaxınlaşıb. Bu barədə Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası…
Rusiyanın tanınmış müstəqil nəşrlərindən biri olan “Novaya qazeta” 33 illik fəaliyyətindən sonra bağlanır. Bu barədə “The Economist” nəşri məlumat yayıb. Bildirilib ki, qəzetin bağlanması barədə qərar oktyabrın 26-da…
Dekabrın 1–4-də valideynlər uşaqlarının nevroloji sağlamlığı ilə bağlı Sankt-Peterburqdan dəvət olunmuş mütəxəssisə müraciət edə biləcəklər. Uşaq nevroloqu, tibb üzrə fəlsəfə doktoru Dr. İrina İvaşenko Referans…
2030-cu ilə qədər Azərbaycanın rayonlararası dəmir yolu əlaqəsinin genişləndirilməsi çərçivəsində dörd istiqamət üzrə işlərin tamamlanması nəzərdə tutulur. Bunu Azərbaycan Dəmir Yollarının (ADY) İctimaiyyətlə əlaqələr…
Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyatı infrastrukturunun təkmilləşdirilməsi çərçivəsində Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası nəzərdə tutulur. Yeni Suraxanı - Hövsan xətti üzrə yol layihəsi başa çatıb. Bu…
Azərbaycanda özəl məhkəmə ekspertlərinin vergi və sosial sığorta öhdəliklərinin müəyyənləşdirilməsi təklif olunub. Bununla bağlı Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” qanunlara…
“Sənin yerinə utandım. Ayıbdır. Abbas Bağırov "Rolls-Royce", ən yeni "BMW"dən düşməlidir. Azərbaycanın ən bahalı müğənnisidir. Simiclik edirsiniz. Həyat sənə bir dəfə verilib, xərclə”. Bu sözləri radio aparıcısı Rəvan…
Azərbaycanda özəl məhkəmə ekspertlərinin fəaliyyətini əlaqələndirəcək və onların hüquqlarını qoruyacaq yeni qurumun yaradılması nəzərdə tutulub. Bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə…
Rusiyanın ən tanınmış müstəqil media orqanlarından olan “Novaya qazeta” qəzeti fəaliyyətini dayandırdığını elan edib. Medianews.az xəbər verir...
“Hərbi qulluqçuların hərbi rütbədə olma müddətinin hesablanması qaydaları dəyişdirilir, zabitlərin magistratura, rezidentura və doktorantura təhsili, eləcə də elmi fəaliyyəti nəzərə alınır”. Bunu deputat Arzu Nağıyev…
“Mənim üçün yaş üstünə yaş gəlmək özünü daha yaxşı tanımaq, daha az incimək, daha çox şükür etməkdir. Bir vaxtlar sadəcə yaşamağı arzuladığım yaşlara bu gün gəlib çatmışamsa, deməli, hər yeni…
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə görüşündə iştirak edir. Bu…
Virus hepatitləri haqqında cəmiyyətdə yanlış fikirlər mövcuddur ki, bunlar da insanların vaxtında müalicə almamasına və ya əksinə, əsassız təşvişə düşməsinə səbəb olur.
Özəl məhkəmə ekspertləri vergiyə cəlb olunacaq, məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər.
Bakıda velosiped və skuterlərdən istifadə rekord həddə çatıb. Təkcə sentyabr ayında 264 050 nəfər bu nəqliyyat vasitələrindən yararlanaraq ümumilikdə 2 milyon 647 min 688 kilometr məsafə qət edib.ONN media-nın məlumatına…
Şəki şəhərində yolların asfaltbeton örtüyünün əsaslı təmiri nəzərdə tutulur.ONN media-nın məlumatına görə, təmir işləri Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirləcək.İşlərin ehtimal olunan dəyəri 921 630,08…
Gürcüstanın Siqnaxi şəhərində Azərbaycanın Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında təkbətək görüş keçirilir.ONN media xəbər verir ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və…
Milli Məclisin növbəti iclası başlayıb.ONN media xəbər verir ki, iclasın gündəliyinə 11 məsələ daxil edilib.
Küləkli hava şəraitində kranlarla görülən işlərin dayandırılması və işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək. Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə…
40 yaşdan sonra yoğun bağırsaq xərçənginin erkən aşkarlanması üçün mütəmadi müayinədən keçmək tövsiyə olunur. KDL Medscan laboratoriya şəbəkəsinin müdiri Olqa Malinovskayanın sözlərinə görə, bunun üçün istifadə olunan…
Kardioloq Françesko Lo Monako ürək sağlamlığına müsbət təsir göstərən, eyni zamanda münasib qiymətə satılan məhsulun adını açıqlayıb. Həkim bu barədə “Mirror” nəşrinə danışıb. Mütəxəssisin sözlərinə görə, arpa ürək üçün…
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə “Azərsun Holdinq” arasında əməkdaşlıq çərçivəsində 1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə İmişli Şəkər Zavodunda jurnalistlər üçün…
Ötən gecə Moskva istiqamətində 862 PUA vurulub. Bu barədə Moskva meri Sergey Sobyanin bildirib. Onun sözlərinə görə, dronların əksəriyyəti uzaq məsafələrdə, 170-i isə Moskvaya yaxınlaşarkən məhv edilib. Ukraynanın…
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib.Bu barədə Azərbaycan Xarici İşlər…
“Bu layihə həssas əhali qruplarının hüquqi yardım almaq imkanlarının genişləndirilməsini və konstitusion hüquqlarının daha effektiv qorunmasını hədəfləyir”. Bunu Milli Məclisin plenar iclasında...
Küləkli hava şəraitində kranlarla görülən işlərin dayandırılması və işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək. Redaktor.az verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə...
"Kəpəz" klubu "Turan Tovuz"un rekordunu yeniləyib. Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Azərbaycan kubokunun II təsnifat mərhələsinin "Kəpəz" – "Baku Sportinq" qarşılaşmasını (3:1) 5000 tamaşaçı izləyib. Bu…
Qətərli vasitəçilər İran və ABŞ arasında münaqişənin nizamlanması ilə bağlı danışıqları davam etdirmək üçün oktyabrın 30-da Tehrana qayıdıblar. Bu barədə "Reuters" agentliyi mənbələrə…
Dövlət Sosial Müdafiə Fondu ofis və arxiv sahələrinin icarəsinə 1.3 milyon manat vəsait ayıracaq. Fondun bununla bağlı satınalmasının məbləği 1 305 840 manat təşkil edir. Satınalma Layihələrin idarə olunması, Fərdi uçota…
Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə hüquqşünas, maliyyə eksperti Əkrəm Həsənov sosial şəbəkə hesabında yazıb. O, Mərkəzi Bankın…
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 824 əcnəbi daşınmaz əmlak əldə edib. Əmlak alan xarici ölkə vətəndaşları arasında Rusiya vətəndaşları üstünlük təşkil edib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında…
Azərbaycanda Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq. Özəl məhkəmə ekspertlərindən 10 faiz dərəcə ilə vergi tutulacaq, onlar gəlirlərinin 15 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər…
Özəl məhkəmə ekspertləri vergiyə cəlb olunacaq, məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsi və...
Özəl məhkəmə ekspertləri vergiyə cəlb olunacaq, məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” qanuna…