Azərbaycanda Ombudsman vəzifəsinə üç namizəd irəli sürülüb

Prezident bu vəzifəyə Səbinə Əliyevanın, Ceyhun Qaracayevin və Elşanə Vəliyevanın namizədliyini irəli sürüb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər irəli sürülüb. AYNA.AZ-ın verdiyi məlumata görə, məsələ bu gün Milli Məclisin İnsan Hüquqları Komitəsinin iclasında müzakirə olunub.

Prezident İlham Əliyev Əliyeva Səbinə Yaşar qızı, Qaracayev Ceyhun Yasinəli oğlu və Vəliyeva Elşanə Rafiq qızının namizədliyini irəli sürüb.

Səbinə Əliyeva hazırda Azərbaycan Ombudsmanı vəzifəsini tutur. Ceyhun Qaracayev Azərbaycan Konstitusiya Məhkəməsinin hakimidir və hüquq elmləri doktoru dərəcəsinə malikdir. Elşanə Vəliyeva Azərbaycan Ali Məhkəməsinin hakimi və Hakimlərin Seçki Komitəsinin üzvüdür.