40 yaşdan sonra yoğun bağırsaq xərçənginin erkən aşkarlanması üçün mütəmadi müayinədən keçmək tövsiyə olunur.
KDL Medscan laboratoriya şəbəkəsinin müdiri Olqa Malinovskayanın sözlərinə görə, bunun üçün istifadə olunan üsullardan biri nəcisdə gizli qan analizidir.
Həkim bildirib ki, bu analizin mənfi nəticəsi xəstəliyin olmadığına tam zəmanət vermir. Buna görə də müayinənin 40 yaşdan sonra hər 1-2 ildən bir təkrarlanması tövsiyə edilir.
Malinovskaya qeyd edib ki, analizdə qanın aşkarlanması da mütləq xərçəng demək deyil. Bu hal bağırsağın iltihabi xəstəlikləri zamanı da müşahidə oluna bilər.