Bu şəxslər cərimələnəcək - Yeni layihə

Azərbaycanda pulsuz hüquqi yardımın göstərilməsi qaydalarını pozanlar cərimələnəcək.

Bu, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər layihəsində əksini tapıb.

Layihədə qeyd olunub ki, pulsuz hüquqi yardım göstərən şəxslər tərəfindən ("pro bono" hüquq xidmətləri göstərən şəxslər istisna olmaqla) pulsuz hüquqi yardımın göstərilməsindən əsassız imtina olunmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 200 manatdan 300 manatadək məbləğdə, hüquqi şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimə olunacaqlar.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin oktyabrın 27-də keçirilən iclasında müzakirəyə çıxarılıb və plenar iclasa tövsiyə olunub.