Azərbaycanda ətraf mühitin istehsalat monitorinqinin nəticələri barədə illik hesabatın təqdim edilməməsinə görə cərimələr dəyişir.
Bu, Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, ətraf mühitin istehsalat monitorinqinin nəticələri barədə illik hesabatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) vaxtında təqdim edilməməsinə görə - vəzifəli şəxslər 3000 manat məbləğində, hüquqi şəxslər 8000 manat məbləğində cərimə ediləcək.
Dəyişiklik layihəsində qeyd edilib ki, ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsi üçün həmin orqana (quruma) təqdim edilməməsinə görə - vəzifəli şəxslər 2000 manat məbləğində, hüquqi şəxslər 4000 manat məbləğində cərimə olunacaq
Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin oktyabrın 27-də keçirilən iclasında müzakirəyə çıxarılıb və plenar iclasa tövsiyə olunub.