Məşhurların “İşıqlar içində yat” mesajı müzakirə yaratdı

Türkiyəli aktyor Serhat Kılıçın vəfatından sonra məşhurların sosial şəbəkə paylaşımlarında istifadə etdiyi "İşıqlar içində yat" ifadəsi müzakirələrə səbəb olub.

Demet Evqar, Şevket Çoruh və Tolqa Sarıtaş kimi məşhurların vida paylaşımlarında yer alan "Yolun işıqlı olsun", "Dövrün daim olsun" kimi ifadələr diqqət çəkib.

Proqramlardan birində iştirak edən aktyor Ozan Güven buna iradını bildirib.

"Dəfn mərasimlərində "Allah rəhmət eləsin" demək bu qədər çətindir? Qalaktikalardakı enerjilərdən danışmaqdansa, "Allah rəhmət eləsin" demək olar. Bir də "İşıqlar içində yat" ifadəsinə ilişib qalmışam. Mən "Allah rəhmət eləsin" deməyə üstünlük verirəm" deyə, aktyor söyləyib.(Axşam.az)