AQTA sədri Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Bakı, 27 oktyabr, AZƏRTAC Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli noyabrın 20-si saat 11:00-da Gəncə şəhər Heydər Əliyev Mərkəzində Gəncə, Naftalan şəhərləri və Samux, Daşkəsən, Göygöl, Goranboy, Xocalı, Kəlbəcər rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq noyabrın 19-dək qəbula yazıla bilərlər.Qəbul zamanı agentliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.