Bakı, 27 oktyabr, AZƏRTAC“Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunmuş VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəniyyətlərarası rəqəmsal gələcək: rəqəmsallaşma və süni intellekt dövrünə qədəm qoyan cəmiyyətlər üçün mədəniyyətlərarası rəqəmsal səriştələr” mövzusunda plenar sessiya keçirilib.AZƏRTAC xəbər verir ki, plenar sessiyada çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov hazırda dünyada bir milyarddan çox insanın həftəlik olaraq süni intellekt çatbotlarından istifadə etdiyini deyib. Bildirib ki, bu texnologiyalar elektron məktubların yazılmasına, sənədlərin hazırlanmasına və uşaqların ev tapşırıqlarına kömək edir.“Lakin süni intellekt, eyni zamanda, insanlara əsasən oxşar mədəni perspektivdən cavablar təqdim edir. Məsələn, yaşlı valideynə qayğı ilə bağlı sual verildikdə, bəzi cəmiyyətlər üçün səciyyəvi olan ailə daxilində qayğı ənənəsi əvəzinə peşəkar xidmətlər təklif oluna bilər”, - deyə o qeyd edib.Nazir müavini vurğulayıb ki, az sayda insanın danışdığı dillərdə süni intellektin cavabları daha qısa və məhdud ola, hətta sistem cavabı ingilis dilinə keçirə bilər: “Bu isə rəqəmsal mühitdə mədəni müxtəlifliyin və dil bərabərliyinin qorunmasının vacibliyini göstərir. Ekranlar vasitəsilə digər mədəniyyətlərlə ünsiyyətin genişləndiyi bir dövrdə əsas sual budur: rəqəmsal texnologiyalar bizə hansı dəyərləri təqdim edir və kimin baxış bucağını əks etdirir? Texnologiyaların insanları birləşdirməsi və ya mədəniyyətləri məhdud sayda dil və perspektiv çərçivəsinə salması insanların qəbul etdiyi qərarlardan asılıdır”.Daha sonra Vulverhempton Universitetinin rəqəmsal öyrənmə mühitləri üzrə dosenti Matt Smithin moderatorluğu ilə keçirilən sessiyada rəqəmsal texnologiyaların qlobal əlaqələrin genişlənməsinə yaratdığı imkanlar, eləcə də sosial təcrid və parçalanma riskləri fonunda mədəniyyətlərarası dialoqun gücləndirilməsi yolları diqqət mərkəzidə saxlanılıb.Mədəniyyətlərarası səriştələr üzrə ekspert Darla Deardorff çıxışında bildirib ki, mədəniyyətlərarası səriştə yalnız müxtəlif dillərdə danışmaq və bilik mübadiləsi aparmaq deyil, həm də başqalarını anlamaq, fərqli baxışlara hörmətlə yanaşmaq və empatiya göstərmək bacarığıdır.“Konstelacio” təşkilatının təsisçisi və prezidenti Şarlott Kurtua deyib ki, rəqəmsal texnologiyalar gənclərin müxtəlif xalqların mədəniyyətini və ənənələrini öyrənməsi, eləcə də mədəniyyətlərarası dialoqun inkişafı üçün geniş imkanlar yaradır.BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko vurğulayıb ki, Azərbaycanın “ASAN xidmət” modeli dövlət xidmətlərinin əlçatanlığının artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi baxımından uğurlu təcrübədir və hazırda bir sıra ölkələr bu modeli tətbiq edir.Deakin Universitetinin nümayəndəsi Amanuel Elias deyib ki, irqçilik və ayrı-seçkilik yalnız real həyatda deyil, rəqəmsal mühitdə, o cümlədən sosial şəbəkələrdə və müxtəlif internet platformalarında da özünü göstərir. Bu səbəbdən rəqəmsal texnologiyaların inkişafı zamanı ayrı-seçkilik risklərinin əvvəlcədən nəzərə alınması və onların qarşısının alınması üçün müvafiq mexanizmlərin yaradılması xüsusi əhəmiyyət daşıyır.Milli Süni İntellekt Mərkəzinin (MSİM) baş kommersiya direktoru Ulfan Əliyev bildirib ki, süni intellekt həlləri texniki problemlərin aradan qaldırılması üçün zəruri məlumatların axtarışını asanlaşdırır. Lakin ümumi təyinatlı dil modelləri geniş və müxtəlif mənbələrdən əldə olunan məlumatlardan istifadə edir.UNESCO-nun Sosial Transformasiyaların İdarə Edilməsi Proqramının rəhbəri İrakli Xodeli diqqətə çatdırıb ki, süni intellekt texnologiyalarının inkişafı yalnız texnoloji tərəqqiyə deyil, həm də insanlar arasında qarşılıqlı anlaşmanın, ədalətin və sosial həmrəyliyin gücləndirilməsinə xidmət etməlidir. Bu baxımdan, rəqəmsal mühitdə mədəniyyətlərarası səriştələrin inkişafı ilə yanaşı, texnologiyaları tənzimləyən tərəflərin məsuliyyəti də mühüm əhəmiyyət daşıyır.Plenar sessiya UNESCO, Mədəniyyət Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə tərəfdaşlığı ilə təşkil olunub.Sessiya çərçivəsində yeni Mədəniyyətlərarası Rəqəmsal Səriştələr Çərçivəsi (IDC) təqdim olunub. Bu model texniki bacarıqlarla yanaşı, etik və mədəni dəyərləri, eləcə də insan amilini ön plana çıxaran yanaşmaları özündə birləşdirir. Müxbirlər - Pərvanə Qafarova, Günel Alıyeva Fotoqraf - Səfiyar Məcnun Video - Ceyhun Mustafayev
Bu gün
3426 xəbər bu gün
Azərbaycanda 2025-ci ildə körpə ölümü göstəricisi 2020-ci illə müqayisədə həm şəhər, həm də kənd yerlərində artıb. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2020-ci ildə hər…
Suriya ordusunun əsgəri 23 avqust 2026-cı ildə Dəməşqin Qara bölgəsində Suriya Müdafiə Nazirliyinin minatəmizləmə əməliyyatı çərçivəsində minanı zərərsizləşdirir.
TDT Ankarada
“İsraildə keçirilən seçkilər geosiyasi nəticələrə gətirib çıxaracaq” Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib. Ş.Həsənova bu gün İsraildə keçirilən…
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 27-də Heydər Əliyev Mərkəzində "Mədəniyyətlərarası Rəqəmsal Gələcək: Rəqəmsal və Süni İntellekt Dövrünə Qədəm Qoyan Cəmiyyətlər üçün…
"İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərraf özünün Azərbaycan qızlarına canıyananlığını göstərmək istəyir. Ancaq çox təəssüflər olsun, çünki İranda soydaşlarımızın vəziyyəti hər birimizə yaxşı…
Oktyabrın 27-də Azərbaycan Dillər Universitetində siyasi elmlər professoru Ramiz Yunusun “Subyekt olmaq” mövzusunda tələbələr və professor-müəllim heyəti qarşısında geniş mühazirəsi keçirilib. Redaktor.az xəbər verir…
"Azərbaycanda ali məktəblərə qəbul Türkiyə modeli üzərində qurulub və qardaş ölkədə təhsil sahəsində yeni qiymətləndirmə modelinin tətbiqi ilə bağlı dəyişikliklər edildiyi bir vaxtda, oxşar addımların ölkəmizdə də…
“Cənab Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı zamanı səsləndirdiyi fikirlər Azərbaycanın müstəqil dövlətçilik fəlsəfəsini, suveren qərarvermə hüququnu və beynəlxalq…
“Techinco” MMC nizamnamə kapitalını 800 min manat azaldır. Banker.az xəbər verir ki, “Techinco” MMC nizamnamə kapitalını 1 milyon manatdan 200 min manata endirir. Elana əsasən, kreditorlar dərc tarixindən etibarən bir ay…
Меры Вашингтона против Тегерана представляют собой "экономический терроризм", заявил президент Ирана.
Россия уже отправила три танкера в рамках сделки о поставках дизельного топлива с США, заявил вице-премьер Александр Новак. По его словам, Москва готова возобновить поставки...
Премьер-министр Азербайджана Али Асадов встретился с генеральным секретарем Организации исламского сотрудничества (ОИС) Исмаилом ульд Шейхом Ахмедом. Как сообщили в Кабинете Министров, на встрече подчеркивалась…
Большая часть территории Физули уже очищена от мин.
В рамках VII Всемирного форума по межкультурному диалогу состоялась панельная сессия на тему "Туризм ради общего будущего: как инклюзивность, равенство и лидерство местных сообществ способствуют построению мира". Как…
Türkiyənin İstanbul şəhərində leysan yağış nəticəsində bir sıra küçə və yolları su basıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, Pendik, Tuzla, Bayrampaşa və…
27 октября вице-президент Фонда Гейдара Алиева Лейла Алиева встретилась с генеральным секретарем Мусульманского совета старейшин Мохаммедом Абдельсаламом. Как передает Day.Az со ссылкой на АЗЕРТАДЖ, в ходе беседы была…
Судьи должны воздерживаться от публикаций в социальных сетях, которые могут нанести ущерб авторитету судебной системы, а также от заявлений, способных повлиять на исход рассматриваемых ими дел или дел, которые им…
Oktyabrın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb. AZƏRTAC-a istinadən, söhbət zamanı ölkəmizin İslam həmrəyliyinin…
США модернизируют пограничную систему Армении на фоне реализации проекта TRIPP. По информации посольства США в Армении, заместитель помощника государственного секретаря США по программам помощи в сфере безопасности Шона…
Qərbin sanksiyaları, bir qayda olaraq, haqsız rəqabət vasitəsi kimi istifadə olunur və nəticədə bütün tərəflər, xüsusilə də bu sanksiyaları tətbiq edənlər üçün ağır nəticələrə səbəb olur. TASS-ın məlumatına görə, bu…
Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, məhsuldarlığın artırılması və ölkənin qlobal rəqabətqabiliyyətliliyinin gücləndirilməsi istiqamətində süni intellekt üzrə observatoriya yaradılır.
Füzulinin çox hissəsi artıq minalardan təmizlənib.
В банковском секторе вырос объем задолженности по двум различным показателям. Со ссылкой на Центральный банк Азербайджана, на 1 октября 2026 года объем просроченных кредитов составил 754,3 млн манатов.
Azərbaycanda hakimlərin etik davranış qaydalarına əməl etməsi vəziyyətini öyrənəcək, pozuntuların səbəblərini təhlil edəcək və Kodeksin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayacaq Etika Komissiyası təşkil…
Председательство Азербайджана в СВМДА укрепило человекоцентричный подход.
Baş katib
Elşən Müzəffərov
Baş nazirin müavini
Türkiyə
Xarici işlər naziri Ceyhun Bayramov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) ölkəmizdə səfərdə olan baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb. Görüş zamanı, Azərbaycan ilə ICESCO arasında…
Ankarada Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Şuşa Konqres Mərkəzində "Qarsdan Naxçıvana Keçid: Türkiyə-Azərbaycan Diplomatiyası və Cümhuriyyət Həftəsində Türk Dünyasının Gələcəyi" adlı beynəlxalq simpozium…
Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında gümüş medal qazanıb. 63 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Ermənistan təmsilçisi Karen…
"Techinco" MMC nizamnamə kapitalını 5 dəfə azaldaraq 1 milyon manatdan 0,2 milyon manata endirdiyini elan edib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər…
Azərbaycanın beynəlxalq turizm platformalarında təmsil olunması və nüfuzlu tədbirlərə ev sahibliyi etməsi ölkənin zəngin mədəni irsinin, ənənələrinin və turizm imkanlarının dünyada daha geniş tanıdılmasına şərait…
Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu paytaxtımızın beynəlxalq dialoq məkanı kimi mövqeyini bir daha ön plana çıxarıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan Bakı Prosesi…
Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyanın mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib. Bunu Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib. O…
Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi üzrə Baş katibin müavini vəzifəsini icra edən Aleksandr Zuyev ilə görüşüb. Xarici İşlər Nazirliyinə istinadən, görüş zamanı Azərbaycan ilə…
"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" - ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən "Bank of Baku" növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. "Bank of Baku"nun təşəbbüsü, Ekologiya və…
Azərbaycanda təhsilin keyfiyyəti və əlçatanlığı artıb. Bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli ADA Universitetində İqtisadiyyat, Elm və Təhsil nazirliklərinin dəstəyi, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)…
Bəzi qüvvələr müxtəlif vasitələrlə Azərbaycanın dövlət institutlarına inamı sarsıtmağa, milli həmrəyliyi zəiflətməyə, ölkə haqqında beynəlxalq ictimai rəyi çaşdırmağa cəhdlər göstərirlər. Bunu açıqlamasında deputat…
Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb.