Azərbaycana qarşı çıxan Ərşahin Türkiyədə ifadə verdi

Türkiyədə səfirliyimizin qarşısındakı aksiyada iştirak edən Fateh Ərşahin (Fatih Erşahin) ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Bu barədə Fateh Ərşahin özü məlumat yayıb.

“Azərbaycanın tətbiq etdiyi hicab qadağası ilə bağlı açıqlamalarımızı verdik. Sərbəst buraxıldım.

Burada bir daha təkrar edirik: Türkiyənin müsəlmanları uydurma ittihamlarla həbs etməsi acınacaqlı vəziyyətdir. Dediklərimizin üstündə dururuq və peşman deyilik!”, - Ərşahin bildirib.