Prezident İlham Əliyev: Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir

Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir.

AZƏRTAC-a istinadən, bu sözləri Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.

Azərbaycanda hər hansı daxili risklərimizin olmadığını dəfələrlə söylədiyini xatırladan dövlətimizin başçısı bildirib: "Bütün potensial risklər bizim hüdudlarımızdan kənardan gəlir. İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir. Ona görə biz hər zaman ayıq-sayıq olmalıyıq və milli mənsubiyyətimizin, dövlətçiliyimizin qorunmasına, müstəqilliyimizin müdafiə olunmasına və həyat tərzimizin qorunmasına çox bağlı olmalıyıq".