Mirsaleh Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib

Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Qeyd edək ki, Mirsaleh Seyidov 2023-cü il iyul ayının 10-da bu vəzifəyə təyin olunmuşdu.