Tereza Lyunnemann: "Almaniya-Azərbaycan Biznes Şurası ilk iclasına hazırlaşır"

Yaxın vaxtlarda Azərbaycan-Almaniya Biznes Şurasının təsis iclası keçiriləcək.

Bunu Almaniya Federativ Respublikasının Azərbaycandakı diplomatik missiyasının rəhbərinin müavini Tereza Lyunnemann Bakıda keçirilən Almaniya-Azərbaycan biznes konfransında bildirib.

Diplomatik missiyanın nümayəndəsi ikitərəfli əlaqələrin fəal inkişafına diqqət çəkib, Azərbaycan Prezidenti İlham Əliyevin iyul ayında Berlinə baş tutmuş səfərini əsas hadisə kimi qeyd edib.

"Bu səfər zamanı iki dövlətin liderləri İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə imzalayıblar və bu sənəddə tərəflərin ilk növbədə, iqtisadi sahədə qarşılıqlı fəaliyyəti dərinləşdirmək niyyəti təsbit olunub. Bu, praktiki olaraq Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasında öz əksini tapıb", - o bildirib.

T.Lünnemann vurğulayıb ki, hər iki tərəf şuranın ilk rəsmi iclasını böyük maraqla gözləyir.