Bakı, 29 oktyabr, AZƏRTAC Mərkəzi Bank bu ilin sonunadək valyuta bazarında 1 milyard dollaradək vəsait cəlb edə bilər.AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə qəbul edilmiş qərarın açıqlanmasına həsr olunan mətbuat konfransında deyib.O qeyd edib ki, bu il Mərkəzi Bank 3,6 milyard dollar məbləğində valyuta alıb. Foto - Xanlar Əlizadə
Mərkəzi Bank ilin sonunadək 1 milyard dollaradək vəsait cəlb edə bilər
Mənbə: azertag.az/xeber/merkezi_bank_ilin_sonunadek_1_milyard_dollaradek_vesait_celb_ede_biler-4486029