Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatı davam edir.
Yarışın dördüncü günündə Azərbaycanın iki qadın güləşçisi - Jalə Əliyeva (57 kq) və Birgül Soltanova (65 kq) mübarizəyə başlayacaq.
Bundan başqa, üç yunan-Roma güləşçimiz medallar uğrunda görüşlərdə qüvvəsini sınayacaq.
Nihat Məmmədli (63 kq) finalda Ermənistan təmsilçisi Karen Aslanyanla qarşılaşacaq. Həsrət Cəfərov (67 kq) bürünc medal uğrunda görüşə çıxacaq. Onun rəqibi hələlik dəqiqləşməyib. İslam Abbasov (87 kq) isə təsəlliverici qarşılaşmada Amerika Samoası təmsilçisi Latana Sopa ilə üz-üzə gələcək.
Qeyd edək ki, dünya çempionatı noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıblar.