“Gəncə” basketbol klubunun yeni baş məşqçisi bəlli olub

Bakı, 27 oktyabr, AZƏRTAC“Gəncə” basketbol komandasının yeni baş məşqçisi müəyyənləşib. Klubdan AZƏRTAC-a verilən məlumata görə, Gəncə təmsilçisinə türkiyəli mütəxəssis Murad Dikmen rəhbərlik edəcək. Təcrübəli məşqçi Azərbaycan basketboluna tanış simadır. O, "Xəzri" (indiki "Naxçıvan") klubu ilə Azərbaycan Basketbol Liqasının və ölkə kubokunun gümüş medallarını qazanıb.