Hörmətli cənab Prezident!
Bakıda 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasiminin keçirilməsi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik.
Ölkəmizdə beynəlxalq idman tədbirlərinin yüksək səviyyədə təşkili Azərbaycanın dünya miqyasında nüfuzunun möhkəmlənməsinə, idmanın inkişafına və gənclərin sağlam həyat tərzinə təşviqinə mühüm töhfə verir. Xüsusilə, yeniyetmələr arasında futbol üzrə dünya çempionatının və festivalının Azərbaycanda keçirilməsi gənc nəslin idmana marağının artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və ölkəmizin idman ənənələrinin daha da zənginləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Sizin rəhbərliyinizlə həyata keçirilən dövlət gənclər və idman siyasəti gənclərin potensialının üzə çıxarılmasına, onların sağlam, vətənpərvər və fəal vətəndaşlar kimi formalaşmasına geniş imkanlar yaradır. Əminəm ki, bu mötəbər beynəlxalq tədbir Azərbaycan gəncləri üçün yeni motivasiya mənbəyi olacaq, ölkəmizin idman sahəsində qazandığı uğurların davamlılığına xidmət edəcəkdir.
Müstəqil Azərbaycanın daha da qüdrətlənməsi xalqımızın rifahı və zəfər reallıqlarının qorunması yolunda atdığınız hər bir addımda Sizinlə həmrəy olduğumu, daxili və xarici siyasətinizi tam dəstəklədiyimi bildirirəm.
Sizə möhkəm cansağlığı, dövlətimizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyənizdə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Məmmədəliyev Xəyal İlham oğlu
Azərbaycan Respublikası, Qəbələ rayonu, Nic qəsəbəsi.