Azərbaycanın 21 bankının aktivləri və öhdəlikləri - STATİSTİKA…

2026-cı il oktyabrın 1-nə Azərbaycanın 21 bankının ümumilikdə 63 milyard 621,7 milyon manat aktivi, 55 milyard 783 milyon manat öhdəliyi olub.

Medianews.az bildirir ki, hesabatı yayan Mərkəzi Bank kredit portfelini 33 milyard 684,7 milyon manat, əmanət portfelini 18 milyard 840,2 milyon manat göstərib.

Statistikaya əsasən, kreditlərin 754,3 milyon manatı problemli (ödəniş vaxtı keçmiş) kreditdir. 2026-cı ilin əvvəlinə 524,5 milyon manat problemli kredit rəsmiləşib, doqquz ayda 229,8 milyon manat artım qeydə alınıb.