Səudiyyə Ərəbistanı səmasında dörd dron məhv edilib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri krallıq səmasında dörd pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv ediblər.

Bu barədə alyansın rəsmi nümayəndəsi Turki əl-Maliki "X" sosial şəbəkəsində yazıb.

"Husi terrorçuları tərəfindən cənub bölgəsinə atılan dörd dron ələ keçirilərək məhv edilib", - deyə o bildirib.