Rusiya ordusu Ukraynanın Xarkov şəhərinin Novobavarski rayonuna raket zərbəsi endirib. Nəticədə iki nəfər ölüb, daha dörd nəfər yaralanıb.
Bu barədə şəhərin meri İqor Terexov öz “Telegram” kanalında məlumat verib.
Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, hücum nəticəsində 17 yaşlı qız yaralanıb. Hadisə yerində avtomobillər yanıb, 10 qaraja ziyan dəyib.
Terexovun bildirdiyinə görə, zərbələr nəticəsində çoxmənzilli və fərdi yaşayış evləri, eləcə də avtomobillər zədələnib.
Əraziyə fövqəladə xidmətlər cəlb olunub.