"Qızıl top"un rəsmi saytı 2026-cı il mükafatının sahibinin adı ilə bağlı paylaşımı səhvən dərc edib.
Bu barədə jurnalist Ben Ceykobs "X" sosial şəbəkəsində məlumat verib.
Belə ki, saytda üç "qalib"lə bağlı məlumatlar yerləşdirilib: Harri Keyn ("Bavariya"), Lamin Yamal ("Barselona") və Kilian Mbappe ("Real"). Daha sonra həmin səhifələr silinib.
Qeyd edək ki, 70-ci "Qızıl top" mərasimi oktyabrın 26-da 27-nə keçən gecə Londonda keçiriləcək. Mərasim ilk dəfə Fransadan kənarda təşkil olunacaq. Əsas hissə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.