"Regionumuzda yeni müharibə istəmirik" - Ərdoğan

"Regionumuzda yeni gərginlik və münaqişə ocaqlarının yaranmasını istəmirik".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında bildirib.

O, ABŞ-nin İrana yeni hücum edə biləcəyi ilə bağlı xəbərlər fonunda yanacağın qiymətindəki artımın qəbuledilməz olduğunu deyib:

“Biz regionumuzda yeni gərginlik və münaqişə ocaqlarının yaranmasını istəmirik. Başqalarının başladığı müharibələrin cəzasını də ödəmək niyyətində deyilik”.