“Şəxsən mənim üçün, keçən il olduğu kimi, bu il də Şeyxülislam tərəfindən dəvət olunmaq böyük şərəfdir”.
Bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Dini qurumların sessiyasında BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi və BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos dedi.
O əsas sualın ənənəvi liderlərin cəmiyyətin transformasiyasında rolu nədən ibarət olmasıdır dedi:
“Dinlərin və dini liderlərin rolu nədən ibarətdir? Müxtəlif dinlər, inanclar və etiqadlar arasındakı fərqləri daha yaxşı anlamaq, birlikdə işləməyin vacibliyini dərk etmək və kollektiv səylərlə insanları bir araya gətirmək üçün nə edə bilərik? Bu təşəbbüsün əsas məqsədi də məhz insanları bir araya toplamaq idi. Məqsəd müxtəlif icmalar arasında qarşılıqlı əlaqəni və dini dialoqun əhəmiyyətini nümayiş etdirməkdir”.