Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik

Regionumuzda yeni gərginlik və münaqişə ocaqlarının yaranmasını istəmirik

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında bildirib.

O, ABŞ-nin İrana yeni hücum təşkil edə biləcəyi ilə bağlı xəbərlər fonunda yanacağın qiymətindəki artımın qəbuledilməz olduğunu vurğulayıb.

“Biz regionumuzda yeni gərginlik və münaqişə ocaqlarının yaranmasını istəmirik. Başqalarının başladığı müharibələrin cəzasını də ödəmək niyyətində deyilik”, – Ərdoğan əlavə edib.