Keçmiş icra başçısı Rusiyada vəfat etdi: Ölüm səbəbi

Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayevin ölüm səbəbi bəlli olub.

Yaxınları sosial şəbəkələrdə onun açıq ürək əməliyyatı keçirdiyini, daha sonra komaya düşdüyünü və ayılmadığının qeyd ediblər.

Teymur Heydər oğlu Yəhyayev 1 yanvar 1955-ci ildə Masallı rayonun Ərkivan kəndində anadan olub.

O, Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib, "İTAR-TASS" Analitik-İnformasiya Agentliyində əvvəlcə müxbir, daha sonra direktor vəzifəsinədək müxtəlif vəzifələrdə çalışıb.

1991-ci ildə Masallının icra başçısı təyin olunub, 1992-ci il iyunun 2-də vəzifədən azad edilib. Qısa fasilədən sonra - 1993-cü ildə ikinci dəfə Masallı rayonun icra başçısı olub, 2000-ci ilədək bu postu tutub.

Daha sonra yazar və politoloq kimi fəaliyyət göstərib.

Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Keçmiş icra başçısının Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişdiyi bildirilir.