Keçmiş icra başçısı vəfat etdi

Masallı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Teymur Yəhyayev vəfat edib.

Bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat yayıblar.

71 yaşında dünyasını dəyişən Teymur Yəhyayev iki dəfə Masallı rayonuna rəhbərlik edib. O, əvvəlcə 1991–1992-ci illərdə, daha sonra 1993–2000-ci illərdə Masallının icra başçısı olmuşdu.

T.Yəhyayev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Jurnalistika fakültəsində təhsil almışdı.

Sonra Rusiyanın "İTAR-TASS" Analitik-İnformasiya Agentliyində əvvəlcə müxbir, ardınca direktor vəzifəsində çalışıb.

1991-ci ildə Azərbaycanın o vaxtkı Prezidenti Ayaz Mütəllibov tərəfindən Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 1992-ci ildə Azərbaycan Prezidentinin səlahiyyətini həyata keçirən Ali Sovetinin sədri İsa Qəmbərovun fərmanı ilə vəzifəsindən azad edilib.

1993-cü ildə Prezident Heydər Əliyevin fərmanı ilə yenidən Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinatbalıb.

Teymur Yəhyayev 2000-ci ildə icra başçısı postundan azad ediləndən sonra Rusiyada biznes sahəsində çalışırdı.