DTX keçmiş yüksək vəzifəli şəxsi HƏBS ETDİ

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Yeni Azərbaycan Partiyası (YAP) Balakən rayon təşkilatının keçmiş sədri Azad Balayevi həbs edib.

“Günün səsi”nə istinadən, onun tutulması rayonun sabiq icra başçısı İslam Rzayevin cinayət işi üzrə aşkarlanan faktlarla bağlıdır.

Qeyd edək ki, sabiq icra başçısı ötən ilin oktyabr ayında həbs olunub. Ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri üzrə ittiham irəli sürülüb.

İslam Rzayev ötən il oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.