Niderlandın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət etdi – FOTOLAR

Azərbaycanda səfərdə olan Niderland Krallığının xarici işlər naziri Tom Berendsen oktyabrın 26-da Şəhidlər xiyabanını ziyarət edib.

Qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.