2025-ci ildə Azərbaycanda cinayət törətmiş 14-15 yaşlıların sayı 134 nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Onlardan 10-u xüsusilə ağır, 17-si ağır, 75-i az ağır cinayətlər törədib. Daha 32 nəfərin törətdiyi cinayətlər böyük ictimai təhlükə törətməyən cinayətlər kimi təsnif olunub.
Yaş qrupları üzrə bölgü göstərir ki, 16-17 yaşlılar arasında 18 nəfər xüsusilə ağır, 49 nəfər ağır, 169 nəfər az ağır cinayət törədib. Daha 108 nəfərin törətdiyi cinayətlər böyük ictimai təhlükə törətməyən cinayətlər kimi təsnif olunub.
Ümumilikdə, 2025-ci ildə cinayət törətmiş 14-29 yaşlı gənclərin sayı 5 581 nəfər olub.