Məkkə Müdafiə İttifaqının nümayəndələri İrana səfər edəcəklər

“Qərbi Asiyada regional təhlükəsizlik konsepsiyasının tətbiqi çərçivəsində Məkkə Müdafiə İttifaqının üzvləri olan Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin yüksək vəzifəli rəsmiləri Tehrana səfər edəcəklər”.

Bunu İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqeri deyib.

Tehranda keçiriləcək görüşdə Səudiyyə Ərəbistanı müdafiə naziri Xalid bin Salman, Pakistan Silahlı Qüvvələrinin Baş komandanı feldmarşal Asim Münir və Türkiyə Milli Kəşfiyyat Təşkilatının direktoru İbrahim Kalın da iştirak edəcək. O bildirib ki, ittifaq nümayəndələri İran Prezidenti Məsud Pezeşkian və Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Reyai ilə görüşəcəklər.

Baqeri görüşdə regional təhlükəsizlik məsələlərinin müzakirə olunacağını və İranın xarici güclərin regiona müdaxiləsinə və orada nüfuz sahibi olmasına qarşı çıxdığını vurğulayıb. O, görüşün tarixi barədə məlumat verməsə də, İran mediası görüşün bu gün keçiriləcəyini yazıb.

Səudiyyə Ərəbistanı xarici işlər nazirinin ictimai diplomatiya üzrə müavini Raed Krimli isə bildirib ki, səfər çərçivəsində regionda gərginliyin azaldılması və Doha ilə İslamabadın vasitəçilik səylərini dəstəkləmək üçün İran rəhbərliyi ilə danışıqlar aparılacaq: “Bu səfər Məkkə Sazişi ölkələrinin tərəflər arasında mövcud böhranı azaltmaq və dialoq və diplomatik həlləri təşviq etmək üçün davam edən səylərinin bir hissəsidir”.