“Qərbi Asiyada regional təhlükəsizlik konsepsiyasının tətbiqi çərçivəsində Məkkə Müdafiə İttifaqının üzvləri olan Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin yüksək vəzifəli rəsmiləri Tehrana səfər edəcəklər”.
Bunu İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqeri deyib.
Baqerinin iddiasına görə, Tehranda keçiriləcək görüşdə Səudiyyə Ərəbistanı müdafiə naziri Xalid bin Salman, Pakistan Silahlı Qüvvələrinin Baş komandanı feldmarşal Asim Münir və Türkiyənin yüksək vəzifəli nümayəndəsi iştirak edəcək. O bildirib ki, ittifaq nümayəndələri İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Reyai ilə görüşəcəklər.
Baqeri görüşdə regional təhlükəsizlik məsələlərinin müzakirə olunacağını və İranın xarici güclərin regiona müdaxiləsinə və orada nüfuz sahibi olmasına qarşı çıxdığını vurğulayıb. O, görüşün tarixi barədə məlumat verməsə də, İran mediası görüşün bu gün keçiriləcəyini yazıb.