Naxçıvana qatarla gedəcəyik – Hazırlıq

Ermənistan TRİPP layihəsini ratifikasiya edib. Xarici işlər naziri Ararat Mirzoyan deyib ki, bu layihədə qatarla sərnişin daşımaları da nəzərdə tutulur. O deməkdir ki, Naxçıvana dəmiryolu ilə getmək imkanı yaranacaq.

Bu mövzuda Tribuna.az-a danışan Sosial Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu bildirib ki, Zəngəzur dəhlizi həm yükdaşımaları, həm sərnişin qatarları üçün işlək logistika olmaqla regionun inkişafına böyük töhfə verəcək.

Onun sözlərinə görə, vətəndaşlar Naxçıvana təkcə təyyarə ilə getmək məcburiyyətində qalmayacaq:

“Eyni zamanda, avtobus, qatar kimi nəqliyyat vasitələri işlək olacaq. Sadəcə, erməni tərəfi quru bəyanatlar verməli deyil, iş görülməlidir. Hazırda infrastrukturun bərpası üçün real addımlar atılmalıdır”.

Onun fikrincə, bu gediş-gəliş vətəndaşların sosial şəraitinə, dolanışıq üçün yeni imkanların yaranmasına gətirib çıxaracaq.