İlham Əliyev Fərman imzaladı

Azərbaycanla Özbəkistan arasında imzalanmış turizm və mədəniyyət sahələrində əməkdaşlıq sazişləri təsdiq edilib.

Prezident İlham Əliyev bununla əlaqədar müvafiq fərmanlar imzalayıb.

Dövlət başçısının fərmanına əsasən, "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş" və "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.