Azərbaycanda 28 il əvvəl yaradılan səhmdar cəmiyyəti ləğv olunur

“Sumqayıt-Qərənfil” Açıq Səhmdar Cəmiyyəti ləğv olunduğunu elan edib.

Şirkətin kreditorları iki ay ərzində tələblərini Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 2B, mənzil 57 ünvanına bildirə bilərlər.

1998-ci il iyulun 15-də dövlət qeydiyyatına alınan cəmiyyətin nizamnamə kapitalı 16 760,4 manat təşkil edir. Hüquqi ünvanı Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 2-dir.

Cəmiyyətin qanuni təmsilçisi Rübabə Həsənova Məbəd qızıdır.