Oktyabrın 27-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu gündüz 21 dərəcəyədək yüksələcək.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-15, gündüz 17-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı ərazilərdə arabir duman müşahidə ediləcək, şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 11-14, gündüz 17-20 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 0-5, gündüz 5-10 dərəcə isti gözlənilir.