Serbiyada oktyabrın 25-də keçirilmiş parlament seçkisinin ilkin nəticələri açıqlanıb.
Hesabata görə, müxalif Tələbə Siyahısı bloku 250 yerlik qanunverici orqana 141 mandatla düşür, hakim Serb Tərəqqi Partiyası və müttəfiqləri 103 yerə sahib çıxır.
Hakim blokun baş nazir postuna namizədi Aleksandr Vuçiç idi. 1970-ci il təvəllüdlü Aleksandr Vuçiç 2014-cü ildən baş nazirlik eləyib, 2017-ci ildən 2026-cı il sentyabrın 27-dək prezident postu tutub.
İkinci prezidentlik müddəti 2027-ci ilin yazında bitəsi Aleksandr Vuçiç sentyabrın 27-də istefa verərək növbədənkənar parlament seçkisinə qatılmışdı.
Hökumət proporsional üsulla (partiya siyahıları üzrə) seçilən parlamentdə qüvvələr nisbətinə uyğun qurulur. Hazırda partiyasız Curo Matsut baş nazirdir.
Prezident səlahiyyətlərini parlament sədri Ana Brnabiç icra edir.