Xalq yazıçısı: Bir yazıçı üçün ən böyük xoşbəxtlik kitablarının çap olunmasıdır

Bakı, 27 oktyabr, AZƏRTACİki gün öncə Qazaxıstanda yeni kitabım çap olunub. Təbii ki, mən buna çox sevinirəm. AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident Kitabxanasında oxucularla görüşdən öncə jurnalistlərə açıqlamasında Xalq yazıçısı Çingiz Abdullayev səsləndirib. “Bir dəfə atam soruşmuşdu ki, əgər səni hər yerdə çap eləsələr, qonorar verməsələr, razı olarsan? Bəli, təbii ki, razı olaram. Bir yazıçı üçün ən böyük xoşbəxtlik kitablarının çap olunmasıdır. Hesab edirəm ki, nə qədər oxucularla belə görüşlər çox olsa, o qədər yaxşıdır. Həmişə deyirəm mənim yazdıqlarımı oxumursunuz, oxumayın, amma mütləq kitab oxuyun. Nə qədər bizim cavanlarımız kitab oxusa, o qədər də bizim xalqımız, dövlətimiz inkişaf edəcək",-deyə Xalq yazıcısı qeyd edib. Müxbir- Nailə Həsənova Foto- Xanlar Əlizadə