“Real Madrid” İspaniya futbol çempionatının 10-cu turunda “Barselona”nı 2:1 hesabı ilə məğlub edib.
Madrid təmsilçisinin heyətində hər iki qolu Kilian Mbappe (41-ci və 87-ci dəqiqələr), “Barselona”nın yeganə qolunu isə Rafinya (61-ci dəqiqə) vurub.
Bu dubl sayəsində Mbappe “Real Madrid”in heyətində vurduğu qolların sayını 100-ə çatdırıb. O, klub tarixində bu göstəriciyə nail olan 24-cü futbolçu olub.
Məğlubiyyətə baxmayaraq, “Barselona” 27 xalla turnir cədvəlinə başçılıq edir. “Real Madrid” isə 24 xalla üçüncü pillədə qərarlaşıb.