“Mercedes” komandasının italiyalı pilotu Kimi Antonelli Formula 1 üzrə dünya çempionatının ABŞ Qran-Prisinin qalibi olub,
Yarış ABŞ-nin Texas ştatının Ostin şəhərində keçirilib.
İlk üçlüyə “Ferrari” komandasının monakolu pilotu Şarl Lekler və “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen də daxil olublar.
Yarışın növbəti mərhələsi oktyabrın 30-dan noyabrın 1-dək Meksikada keçiriləcək.