Naxçıvanda iki "Mercedes" toqquşdu: Çox sayda xəsarət alan var - Foto

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib, altı nəfər xəsarət alıb.

Hadisə Naxçıvan-Şahbuz magistralının Babək rayonunun Vayxır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı "Mercedes" markalı iki avtomobil toqquşub.

Xəsarət alanlar 1986-cı il təvəllüdlü Gülay Abbasova, 2017-ci il təvəllüdlü İsa Nağıyev, 2004-cü il təvəllüdlü Sevinc Hacıyeva, 1985-ci il təvəllüdlü Gülnar Hacıyeva, 1982-ci il təvəllüdlü Namiq Hacıyev və 2003-cü il təvəllüdlü Cəmil Nağıyevdir.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.