İxracatı 23% azalsa da, İran sevinir – Səbəb

Cari ilin birinci yarısında ixracımız dəyər baxımından 23%, çəki baxımından isə 30% azalma ilə üzləşib.

Bunu Ticarətin İnkişafı Təşkilatının rəsmisi Fərhad Nuri deyib.

O, bunun İranın dəniz blokadası ilə üzləşməsi səbəbindən baş verdiyini bildirib:

“İxracatçıların bacarığı və alternativ ixrac yollarının tapılması ilə dəyər baxımından 23%, çəki baxımından isə 30% azalma ilə üzləşdik; əvvəlki tendensiya davam etsəydi, təbii ki, 70-80% azalma ilə üzləşərdik və bunun baş verməməsi iqtisadi fəalların səylərinin nəticəsidir”.